SİZİN REKLAM BURADA!
055 213 76 73


Bolqarıstanın “Lüdoqorets” klubu Avropa Liqasının oyunu üçün İtaliyaya yollanıb.

BAKU.WS-in Apasport.az-a istinadən məlumatına görə, Razqrad təmsilçisi matçın baş tutacağı Milan şəhərinə çatarkən maska və əlcəklərdə olublar.

Bununla bolqarıstanlılar koronavirusdan qorunmağa çalışdıqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, İtaliyada koronavirus yayıldığından 1/16 final mərhələsinin cavab oyunu tamaşaçılarsız keçiriləcək. Bu komandaların ilk matçında Milan təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

BAKU.WS
QALEREYA