SİZİN REKLAM BURADA!
055 213 76 73


Avro-2020 qrup mərhələsinin oyunlarını Bakıda keçirəcək Uels millisinin nümayəndə heyəti Bakıdadır.

BAKU.WS xəbər verir ki, yığmanın baş məşqçisi Rayan Giqqz bu gün ilk olaraq Tofiq Bəhramov adına Respublika stadionu, daha sonra isə "Qarabağ" klubunun bazası və "Azərsun Arena"da olub.

Klubun baş meneceri Asif Əsgərov tərəfindən "Mançester Yunayted"in əfsanəsinə adı yazılmış "Qarabağ"ımızın forması hədiyyə olunub.

Giqqz sonda komandamızın baş məşqçisi Qurban Qurbanovla da görüşüb və qısa fikir mübadiləsi aparıb.

BAKU.WS
QALEREYA