SİZİN REKLAM BURADA!
055 213 76 73


İtaliya D seriyasında "Grosseto" və "Monterosi" klubları arasındakı qarşılaşmada qeyri-adi olay baş verib.

BAKU.WS xəbər verir ki, matç zamanı ev sahibləri komandanın baş məşqçisi əsəblərinə hakim ola bilməyib.

Belə ki, əvəzlənməyə etiraz edən futbolçusuna yumruq atan baş məşqçinin bu hərəkəti hakimin gözündən yayınmayıb.

Oyunu idarə edən hakim Maqrini adlı baş məşqçiyə qırmızı vərəqə göstərək onu meydandan qovub.

BAKU.WS
VİDEO