SİZİN REKLAM BURADA!
055 213 76 73


Kataloniyanın "Barselona" klubunun ulduz futbolçuları arasında məşq zamanı mübahisə yaşanıb.

BAKU.WS xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.

Məlumata görə, klubun ulduz futbolçuları Lionel Messi və Jerar Pike arasında çərşənbə axşamı məşq zamanı gərginlik yaranıb.

Bir-birinin üzərinə şığıyan futbolçular qışqırıblar. Komanda yoldaşlarının müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub.

Futbolçular arasında mübahisənin səbəbi məlum deyil.

BAKU.WS