VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan karateçisi Rafiz Həsənov Parisdə keçirilən Karate 1 Premyer Liqa turnirində bürünc medal qazanıb.

Bu barədə BAKU.WS-ə Azərbaycan Milli Karate Federasiyasından məlumat daxil olub. 

Bürünc medal görüşündə R.Həsənov Vinisius Fiqueyranı (Braziliya) 4:2 hesabı ilə məğlub edib.

Komandamızın digər üzvü İrina Zaretska (68 kq) uğurla çıxış edərək finala vəsiqə qazanıb. O, həlledici döyüşdə misirli Feryal Abdelazezlə mübarizə aparacaq.

1. R.Həsənov - Əmir Mehdizadə (İran ) 2:1

2. R.Həsənov - Luka Mareska (İtaliya) 1:4

Təsəlliverici görüşlər

R.Həsənov - Marvin Qarin (Fransa) 4:3

R.Həsənov - Jihvan Li (Koreya) 2:0

Bürünc medal görüşü

R.Həsənov - Vinisius Fiqueyra (Braziliya) 4:2 

BAKU.WS