SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Futbol Liqasının ikinci divizonunda mübarizə aparan "Uşakspor" və "Ergene Velimeşespor" klubları arasındakı qarşılaşmada maraqlı anlar yaşanıb.

BAKU.WS xəbər verir ki, matçı idarə edən hakim ev sahibi komandanın qapısına 3 dəfə penalti zərbəsi təyin edib.

İlk iki cəhdi klubun qapıçısı Ersin Aydın qaytarsa da, sonradan hakim tərəfindən meydandan qovulub.

Onun yerinə qapıya keçən müdafiəçi Levent Aktuğ keçib və o, da sonuncu penaltinin reallaşmasına imkan verməyib.

Qarşılaşma "Uşakspor"un 2-0 hesablı qələbəsi ilə yekunlaşıb.

BAKU.WS
VİDEO