SİZİN REKLAM BURADA!
055 213 76 73


Qazaxıstanın "Astana" klubunun sabiq baş məşqçisi Roman Qriqorçuk özünə yeni iş yeri tapıb.

BAKU.WS xəbər verir ki, bu barədə "dynamomania.com" portalı yazıb.

Roman Qriqorçuk Azərbaycan milli komandasının baş məşqçisi ola bilər. Ukraynalı mütəxəssis AFFA ilə danışıqlara başlayıb.

Xatırladaq ki, Qriqorçuk yanvarın 13-də "Astana"nı tərk edib. Ötən mövsüm onun rəhbərliyi altında komanda Qazaxıstan çempionu titulunu qazanaraq Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

O, həmçinin 2015-2018-ci illərdə "Qəbələ"ni də çalışdırıb və ardıcıl iki dəfə (2015/2016, 2016/2017 mövsümlərində) Avropa Liqasının qrup mərhələsində çıxış edib.

BAKU.WS