SİZİN REKLAM BURADA!
055 213 76 73


"Keşlə" futbol komandası qış fasiləsində ilk yoxlama oyununu keçirib.

BAKU.WS-in məlumatına görə, Tərlan Əhmədovun baş məşqçi olduğu kollektiv I Divizion təmsilçisi “Qaradağ Lökbatan”la üz-üzə gəlib. “ASK Arena”-nın əsas meydançasında təşkil olunan qarşılaşma "Keşlə"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın heyətində Vüsal İsgəndərli, Ruslan Qurbanov və Ruslan Əmircanov fərqləniblər.

“Keşlə” hazırlığın ikinci mərhələsi çərçivəsində yanvarın 12-də Türkiyənin Antalya şəhərinə yollanacaq. Komanda Yanvarın 17-də Almaniyanın III Liqa təmsilçisi "Tsvikkau" ilə qarşılaşacaq. Paytaxt təmsilçisi 5 gün sonra Rusiyanın "Arsenal" (Tula), yanvarın 24-də Slovakiyanın "Zemplin" komandası ilə üz-üzə gələcək.

BAKU.WS