SİZİN REKLAM BURADA!
055 213 76 73


AFFA Klublar Komitəsinin (KK) bugünkü iclasında əsas müzakirə mövzusu danışılmış oyunlarla bağlı olub.

BAKU.WS-in "Report"a istinadla verdiyi xəbərə görə, bu barədə jurnalistlərə toplantının ardından KK sədri və "Sumqayıt"ın prezidenti Riad Rəfiyev bildirib.

Rəfiyev deyib ki, AFFA nümayəndəsi Seymur Səlimli son zamanlar I Divizionda yaşanan arzuolunmaz olaylarla əlaqədar ətraflı məlumat verib:

"Söhbət yalnız I Diviziondan gedir. Premyer Liqada da danışılmış oyunların olub-olmadığına dair bir söz deyilmədi. Bildirildi ki, müəyyən klublarda bu cür hadisələr baş verir, uşaqları aldadır, səhv yola çəkirlər. Hazırda araşdırmalar davam edir, nəticələr də var. Bu barədə hüquq-mühafizə orqanları daha məlumatlıdırlar. Onlar öz işlərini ən yüksək səviyyədə aparırlar"

Eyni zamanda 2019-cu ilin yekunları müzakirə olunub. KK sədri vəzifəsinə seçkinin isə 2020-ci ilin martında keçirilməsi qərara alınıb.

BAKU.WS