SİZİN REKLAM BURADA!
055 213 76 73


“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov onkoloji xəstəlikdən əziyyət çəkən 12 yaşlı Cabiri onu arzusu ilə evində ziyarət edib.

BAKU.WS "buta.ws" saytına istinadən xəbər verir ki, ziyarət "Dəstək olaq" İctimai Birliyinin təşkilatşılığı ilə baş tutub.

Qurban Qurbanov “Qarabağ” azarkeşi olan Cabirə sürpriz edib. O, uşağa imzalı top və üzərində "7 nömrəli Cabir" yazısı olan forma da hədiyyə edib.

Cabir isə onun istəyini gerçəkləşdirdiyi üçün Qurban Qurbanova təşəkkürünü bildirib, ən böyük arzularından birinə çatdığını söyləyib.


BAKU.WS
VİDEO