SİZİN REKLAM BURADA!
055 213 76 73


Futbol üzrə Azərbaycan Kubokunda ilk 1/4 final oyunlarına yekun vurulub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, son oyunda "Qarabağ" "Keşlə"ni qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 53-cü dəqiqədə İsmayıl İbrahimli vurub.

Qeyd edək ki, əvvəlki 3 görüşdə "Qəbələ" evdə "Sabah"ı 3:0, "Sumqayıt" səfərdə "Neftçi"ni 1:0 hesabı ilə yenib. "Səbail" - "Zirə" matçında isə hesab açılmayıb - 0:0. Cavab görüşləri 19-20 dekabrda keçiriləcək.

BAKU.WS