SİZİN REKLAM BURADA!
055 213 76 73


Futbol üzrə Azərbaycan Premyer Liqasında II dövrəyə yekun vurulub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, ilin XIV tura təsadüf edən son matçında "Sabah" "Neftçi"ni qəbul edib.

Masazırdakı "Kapital Bank Arena"da baş tutan qarşılaşmada qonaqlar qalib gəlib - 2:0. Oyunun 45+2-ci dəqiqəsində Anton Krivotsyuk künc zərbəsindən sonra başla fərqlənib. Son nöqtəni isə Stiven Monroz 90+2-ci dəqiqədə qoyub.

Bu qələbədən sonra xalını 25-ə çatdıran "Neftçi" 2-ci pilləyə yüksəlib. "Ağ-qaralar" lider "Qarabağ"dan 6 xal geri qalırlar. "Sabah" isə 13 xalla 6-cı sıradadır.

Turun qalan görüşlərinə gəlincə, "Zirə" "Səbail"i məğlub edib 4:1. "Qarabağ" - "Keşlə" 2:2, "Sumqayıt" - "Qəbələ" isə 1:1 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, III dövrəyə gələn il fevralın 1-də start veriləcək.

BAKU.WS