SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Kazan şəhərində keçirilən beynəlxalq turnirə yekun vurulub.

BAKU.WS xəbər verir ki, idman gimnastikası üzrə yarışda ölkəmizi Azərbaycan çempionu Hüseyn Xəlilov təmsil edib.

Bir çox beynəlxalq turnirlərin qalibi olan vunderkind idmançımız bu dəfə yenə bütün rəqiblərini arxada qoymağı bacarıb.

Zakir Mehdiyevin yetirməsi müxtəlif növlərdə 6 qızıl medal qazanaraq, Azərbaycan bayrağını yüksəklərə qaldırıb. Kazanı fəth edən Xəlilov, bir növ üzrə gümüş əldə edərək, öz parlaq çıxışı ilə yerli publikanın da rəğbətini qazanıb.

Qeyd edək ki, ölkəmizin ən pespektivli idmançılarından biri olan azyaşlı gimnast bu qələbə münasibətilə dördqat olimpiya çempionu, əfsanəvi rusiyalı idmançı Aleksey Nemov da təbrik edib.

BAKU.WS
VİDEO

QALEREYA