SİZİN REKLAM BURADA!
055 213 76 73


Baş məşqçilərin dünya reytinqi açıqlanıb.

BAKU.WS Apasport-a istinadən xəbər verir ki, planetin 1000 ən yaxşı mütəxəssisi sırasında yalnız bir azərbaycanlı çalışdırıcı yer alıb.

Bu, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdur. 1017 xala malik mütəxəssis dünyada 586-cıdır. O, ötən həftə ilə müqayisədə 3 pillə geriləyib.

Həmyerlimizin qabaqladığı məşhurlar arasında əfsanəvi argentinalı Dieqo Maradona da var. “Ximnasiya Esqrima”nın çalışdırıcısı 996 xalla 591-cidir.

“Neftçi”nin italiyalı məşqçisi Roberto Bordin də siyahıdadır. 818 xala malik appeninli 669-cu sırada yer alıb. O, son bir həftədə bir addım geri düşüb.

Qeyd edək ki, cədvələ “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. Onun hesabında 15 min 551 xal var.

BAKU.WS