VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AFFA rəhbərliyi yeniyetmə futbolçuların inkişafı, daha rəqabətli mühitdə məşq keçməsi məqsədilə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının iki üzvünü - Rauf Rüstəmlini (“Qəbələ”) və Musa Musazadəni (“Qarabağ”) İspaniyanın Barselona şəhərində fəaliyyət göstərən “Marcet” Futbol Akademiyasına göndərib.

Bu barədə BAKU.WS-ə AFFA-dan məlumat daxil olub. 

Bildirilir ki, futbolçular adıçəkilən akademiyada noyabrın 25-dən dekabrın 22-dək (4 həftə) təcrübə keçəcək, gündəlik məşqlərlə paralel nəzəri məşğələlərdə də iştirak edəcəklər.

BAKU.WS