SİZİN REKLAM BURADA!
055 213 76 73


İsrail ordusu Suriyanın müxtəlif bölgələrinə hava hücumu edib.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İsrail ordusunun sözçüsü Aviçay Adrae faktı təsdiqləyib.

O, əsasən hərbi bazaların və silah anbarlarının hədəf alındığını söyləyib.

Suriyanın rəsmi dövlət agentliyi SANA isə İsrailin paytaxt Dəməşqi atəşə tutduğunu, lakin Suriya hava hücumundan müdafiə sistemləri hücumun qarşısını aldığını yazıb. Qeyd edilib ki, hücuma görə İsrailə qarşılıq verilib.

Qeyd edək ki, İsrail ordusu tez-tez Suriyaya hücumlar təşkil edir. Hətta Rusiya təyyarəsinin vurulması məsələsində də əli olduğu üzə çıxmışdı.

BAKU.WS