SİZİN REKLAM BURADA!
055 213 76 73


Avro-2020-nin seçmə mərhələsində keçirilən Portuqaliya - Litva oyununda het-trikə imza atan Kriştiano Ronaldo İran yığmasının tərkibində dünya rekordu müəyyənləşdirən Azərbaycan əsilli futbolçu Əli Daeiyə bir qədər də yaxınlaşıb. 

BAKU.WS
xəbər verir ki, ulduz futbolçu bu günə qədər Portuqaliya millisinin heyətində 98 dəfə fərqlənib. 

34 yaşlı hücumçu əgər bazar günü Lüksemburqa qarşı matçda iki dəfə fərqlənərsə 100 qol vurmuş futbolçulardan ikincisi olacaq.

Dünya üzrə milli komandalarıın heyətində ən çox qol vuran futbolçu isə İran yığmasında çıxış etmiş Azərbaycan əsilli Əli Daeidir. O, İran yığmasında çıxış etdiyi 13 il ərzində 109 dəfə fərqlənib. 

Dünya üzrə millilərdə ən çox qol vurmuş futbolçuların top-10-luğu belədir. 

Adı
Milli komanda
Qolların sayı
Oyunların sayı
Karyerası
Əli Daei
İran
109
149
1993-2006
Kriştiano Ronaldo
Portuqaliya
98
163
2003 -
Ferents Puşkaş
Macarıstan
84
85
1945-1956
Qodfri Çitalu
Zambiya
79
111
1968-1980
Hüseyn Səid
İraq
78
137
1977-1990
Pele
Braziliya
77
92
1957-1971
Şandor Koçiş
Macarıstan
75
68
1948-1956
Kunisiqe Kamamoto
Yaponiya
75
76
1964-1977
Bəşər Abdulla
Küveyt
75
134
1996-2007
Sunil Çetri
Hindistan
72
114
2005 -

Orxan Hüseyn
BAKU.WS