SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə milli komandası 2020-ci il Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, "ay-ulduzlular" buna seçmə mərhələdə H qrupunun IX tur qarşılaşmasında İslandiya ilə ev heç-heçəsi sayəsində nail olub. 

İstanbuldadakı "Türk Telekom Arena"da təşkil olunmuş qarşılaşma qolsuz yekunlaşıb - 0:0. Bu nəticədən sonra xallarını 20-yə çatdıran Şenol Günəşin baş məşqçi olduğu kollektiv qrupda ilk 2 pillədən birini təmin edib.
BAKU.WS