SİZİN REKLAM BURADA!
055 213 76 73


UEFA Avropa Liqasında qrup mərhələsinin IV turu çərçivəsində APOEL - "Qarabağ" oyununda hesab dəyişib. 

Qarşılaşmanın 88-ci dəqiqəsində APOEL "Qarabağ"la oyunda hesabda irəli çıxıb. Ev sahibləri ikinci qolu "Qarabağ"ın qapısından keçiriblər - 1:2

Qarşılaşma bu hesabla da başa çatıb.

23:17

UEFA Avropa Liqasında qrup mərhələsinin IV turu çərçivəsində APOEL - "Qarabağ" oyununda ikinci hissə oynanılır. 

BAKU.WS-in məlumatına görə, qarşılaşmanın 59-cu dəqiqəsində ev sahibləri hesabı bərabərləşdirib. Lukas Sauza ikinci hissəsinin ilk dəqiqələrində topu "Qarabağ"ın qapısından keçirir - 1:1.

22:19

"Qarabağ" klubu Kiprdə APOEL-lə keçirdiyi Avropa Liqasının qrup mərhələsinin IV tur matçında itki ilə üzləşib.

BAKU.WS-in məlumatına görə, 14-cü dəqiqədə Dani Kintana zədələnib. Oyunu davam etdirə bilməyən ispaniyalı yarımmüdafiəçini Maqaye Qeye əvəzləyib.

22:06



Qarşılaşmanın 10-ci dəqiqəsində "Qarabağ" hesabı açıb. 

BAKU.WS-in məlumatına görə, Maksim Medvedev Ağdam təmasilçilərini hesabda önə çıxarıb - APOEL-"Qarabağ: 0-1.

22:00

UEFA Avropa Liqasında qrup mərhələsinin IV turu çərçivəsində APOEL - "Qarabağ" oyunu başlayıb.

Azərbaycanın turnirdəki yeganə təmsilçisi UEFA Avropa Liqasının (AL) qrup mərhələsində Kiprin paytaxtı Nikosiyadakı “GSP Arena”da növbəti oyununa çıxıb.

20:45

"Qarabağ" və APOEL (Kipr) komandalarının UEFA Avropa Liqasında qrup mərhələsinin IV tur oyunu üçün start heyətləri açıqlanıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

APOEL: 27. Vid Belets, 6. Savvas Gentsoqlu, 8. Lukas Souza, 9, Linus Hallenius, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 23. Joaozinyo, 29. Praxitelis Vouros, 44. Nikolas Yannu (k), 90. Vuyadin Saviç, 91. Draqan Mixayloviç

"Qarabağ": 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Ailton Silva, 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 8. Miçel, 10. Dani Kintana 14.Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov.

Qeyd edək ki, bu gün Nikosiyadakı "GSP Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 21:55-də başlanacaq.
BAKU.WS