Çinlilər "Barselona" klubunun üzvü Arda Turan üçün ispanlara fantastik təklif verməyə hazırlaşır.
 
BAKU.WS-in məlumatına görə, Çin Süper Ligası klublarından "Şanxay SPIG" və "Pekin Gouan" klublarının Ardanı transfer etmək istədikləri iddia olunur. Hər iki klub "Barsa"dan Arda üçün transfer miqdarını soruşub, amma ispanlar hələlik bu sorğuya cavab verməyib. 
 
Pekin ve Şanxay klublarının Arda üçün 100 milyon avro həcmində pul xərcləyə biləcəkləri deyilir. 5 sezonluq Ardanı heyətinə qatmaq istəyən klublar ispanlarla danışıqlar aparmaq niyyətindədir. 
 
BAKU.WS