SİZİN REKLAM BURADA!
055 213 76 73


Batumidə kişi və qadın şahmatçılardan ibarət komandalar arasında Avropa çempionatının səkkizinci turunun oyunları keçirilir.

BAKU.WS xəbər verir ki, kişi şahmatçılarımız Ermənistan, qadın yığmamız Fransa komandaları ilə mübarizə aparırlar.

Ötən turda İsveçrə yığmasına qalib gələn kişilərdən ibarət komandamız erməni rəqibləri ilə mübarizəyə start veriblər.

Kişilər
Azərbaycan - Ermənistan
Şəhriyar Məmmədyarov - Levon Aronyan
Arkadi Naydiç - Qabriel Sargissyan
Qədir Hüseynov - Qrant Melkumyan
Eltac Səfərli - Arman Paşikyan

Qadınlar 
Sofi Miyye - Günay Məmmədzadə
Polen Gişar - Xanım Balacayeva
Almira Skripçenko - Ülviyyə Fətəliyeva
Nataşa Benmesba - Gülnar Məmmədova

Xatırladaq ki, Azərbaycanın kişi şahmatçıları üç dəfə - 2009-cu, 2013-cü və 2017-ci illərdə Avropa çempionu adına layiq görülüblər. Komandamız 2011-ci ildə qitə çempionatının gümüş, 2007-ci ildə isə bürünc medallarını qazanıb.
BAKU.WS