VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün "CBC Sport" kanalının 4 yaşı tamam olur. 

BAKU.WS xəbər verir ki, kanalın 4 yaşının tamam olması ilə bağlı maraqlı layihə işıq üzü görüb. Billy Joelin "We Didn't Start the Fire" mahnısına Rəşad Quliyev Şəmsəddin Abbasov sözlər yazıb. Ərsəyə gələn mahnını isə Murad Arif“AynaBand” Rok qrupu birgə ifa edib. 

Klipin baş rejissoru Natik Muxtarov, quruluşçu operatoru Yusif Şəfiyev, baş koordinatoru Səməd Salamzadədir. Ekran işinin ideya müəllifi Şəmsəddin Abbasova məxsusdur. Layihə rəhbəri işini Volkan Üst öz üzərinə götürüb.

"CBC Sport"un baş redaktoru Şəmsəddin Abbasov BAKU.WS-ə açıqlamasında maraqlı layihə barədə danışıb. O bildirib ki, layihənin ərsəyə gəlməsində kanal rəhbəri Volkan Üstün xüsusi rolu olub. Bununla yanaşı, mahnının ərsəyə gəlməsində Murad Arif də bizə köməklik göstərib.


Şəmsəddin Abbasov "CBC Sport"un 4 illik fəaliyyəti və gələcək planlar barədə də söz açıb: 

"Doğma kanalımız artıq 4 yaşını qeyd edir. Bu illər ərzində izləyicilərimizə idman yarışları ilə bağlı ən son məlumatları çatdırıb, beynəlxalq nüfuzlu yarışları yayımlamışıq. Hər il olduğu kimi bu il də Çempionlar Liqası və Avropa Liqasından maraqlı matçları tamaşaçılara təqdim etməyə davam edəcəyik. "CBC Sport" idman kanalı kimi xidmət etməklə kifayətlənmir. Kanal sağlam həyatla bağlı maarifləndirici materiallar təqdim edir və insanları sağlam həyat yaşamağa təşviq edən çarxlar yayımlayır. 

İldən ilə daha çox nüfuzlu idman yarışlarını izləyicilərimizə təqdim edirik. Daim yenilənən kanalımız bir-birindən maraqlı layihələrlə tamaşaçılarının qarşısına çıxır". 

Qeyd edək ki, Caspian İnternational Broadcasting Company Sport (CBC Sport) Azərbaycanın ən gənc televiziya kanallarından biridir. 9 avqust 2015-ci ildə internet, 1 oktyabr 2015-ci ildə test yayımı başlayıb.

1 noyabr 2015-ci il tarixindən isə əsas yayıma keçib. Azərbaycanda 11-ci ümumrespublika telekanalı olan "CBC Sport" ölkədə ilk “HD” təsvir formatında yayımlanan televiziyadır.

"CBC Sport"un başlıca məqsədlərindən biri bilavasitə ölkə idmanının və idmançılarının, Olimpiya hərəkatının, gənclərdə sağlam həyat tərzinin formalaşdırılması və təbliği, bu sahədə geniş maarifləndirmə işi aparmaqdır. Bu səbəbdən ölkədə təşkil olunan müxtəlif sosial idman yönümlü layihələrdə "CBC Sport" iştirak edərək bu layihələrlə tamaşaçılarını yaxından tanış edir. "CBC Sport"a həftəiçi 7 gün 24 saat efirdədir.

BAKU.WS kollektivi adından Azərbaycanın ən baxımlı idman kanalı adını qazanan "CBC Sport"u 4 yaşı münasibəti ilə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik!

Şahin Həbibov
BAKU.WS
VİDEO