SİZİN REKLAM BURADA!
055 213 76 73


AFFA-nın təşkil etdiyi Region Liqasının 2019/2020-ci il mövsümünün birinci turu çərçivəsində bu gün Şamaxı Olimpiya İdman Kompleksinin meydanında “Şamaxı” və “İmişli” komandaları qarşılaşıb.

BAKU.WS AFFA-ya istinadən xəbər verir ki, təxminən 1000 nəfərə yaxın azarkeşin trubunadan seyr etdiyi qarşılaşmanı AFFA-nın baş katibi Elxan Məmmədov, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov da izləyib.

Qarşılaşma 1:0 hesabı ilə “Şamaxı” komandasının xeyrinə yekunlaşıb.
BAKU.WS
QALEREYA