SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir qrup dağıstanlı UFC-nin ulduz döyüşçüsü Konor Makqreqorun qaldığı "Rits-Karlton" otelini mühasirəyə alıblar.

BAKU.WS
xəbər verir ki, bu barədə "Sport24"ün "Twitter" səhifəsi məlumat yayıb. 

Buna qədər Makqreqor rusiyalı çempion Həbib Nurmaqomedov və dağıstanlıların ondan qaçması barədə paylaşım edib. 

"Bu gün Konorun müraciətini gördük. O deyir ki, dağıstanlılar ondan qaçırlar. Biz "Rits-Karlton" otelinin qarşısına gəlsək də, onun oteldə olmadığını dedilər. Biz səliqəli şəkildə onu gözləməyi qərara almışıq",-deyə otelin qarşısına toplaşan şəxslərdən biri bildirib. 

Rusiyanın Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları otelin ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib.
BAKU.WS
VİDEO