VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib.

BAKU.WS xəbər verir ki, 12 qrupda 24 qarşılaşma olacaq. Turnirdə ölkəmizi təmsil edən "Qarabağ" Bakıda Kiprin APOEL klubu ilə qarşılaşıb və bərabərə qalıb - 2:2. A qrupunun digər matçında "Sevilya" "Düdelanj"ı qəbul edib və 3:0 hesabı ilə qalib gəlib.

A qrupu

“Qarabağ” (Azərbaycan) – APOEL (Kipr) - 2:2

“Sevilya” (İspaniya) – “Düdelanj” (Lüksemburq) - 3:0 

B qrupu

“Dinamo” (Kiyev, Ukrayna) – “Kopenhagen” (Danimarka) - 1:1 

“Malmö” (İsveç) – “Luqano” (İsveçrə) - 2:1

C qrupu

“Xetafe” (İspaniya) – “Bazel” (İsveçrə) - 0:1 

“Trabzonspor” (Türkiyə) – “Krasnodar” (Rusiya) - 0:2 

D qrupu

PSV (Niderland) – LASK (Avstriya) - 0:0

“Sportinq” (Portuqaliya) – “Rusenborq” (Norveç) - 1:0 

E qrupu

“Seltik” (Şotlandiya) – “Latsio” (İtaliya) - 2:1 

“Renn” (Fransa) – ÇFR (Kluj, Ruminiya) - 0:1

 F qrupu

“Arsenal” (İngiltərə) – “Vitoriya” (Portuqaliya) - 3:2 

“Ayntraxt” (Almaniya) – “Standard” (Belçika) - 2:1 

K qrupu

“Beşiktaş” (Türkiyə) – “Braqa” (Portuqaliya) - 1:2 

 “Slovan” (Bratislava, Slovakiya) – “Vulverhempton” (İngiltərə) - 1:2 

L qrupu

“AZ Alkmar” (Niderland) – “Astana” (Qazaxıstan) - 6:0 

“Partizan” (Serbiya) – “Mançester Yunayted” (İngiltərə) - 0:1
BAKU.WS
VİDEO