SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan yığmasının AVRO-2020-nin seçmə mərhələsində səfərdə Slovakiyaya qarşı keçirəcəyi matçın stadionu dəyişdirilib. 

BAKU.WS "Report"a istinadla xəbər verir ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi paytaxt Bratislavadakı Milli Futbol Stadionunda baş tutmayacaq. UEFA görüşün Trnava şəhərindəki Anton Malatinski adına Stadionda olacağını təsdiqləyib. 

Buna səbəb Bratislavadakı arenanın ot örtüyünün yaxşı vəziyyətdə olmamasıdır. 

Qeyd edək ki, noyabrın 19-da keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
BAKU.WS