VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avro-2020-nin seçmə mərhələsində Türkiyə futbolçularının son iki qarşılaşmada qol sevincini hərbi salamla qeyd etməsi Avropada böyük qıcıb yaradıb. 

BAKU.WS
"Eurosport"a istinadən xəbər verir ki, türk futbolçuların bu hərəkəti İstanbul şəhərinin 2020-ci ildə ev sahibliyi edəcək Çempionlar Liqasının finalını da sual altına salıb. 

UEFA-ya edilən rəsmi müraciətlərdən sonra ali futbol qurumu Türkiyə ilə bağlı qərarını açıqlayıb. 

“Biz idmanın müstəqilliyinə hörmət edərək öz səlahiyyətlərimizi icra edəcəyik. Əlbəttəki, BMT, Avropa Birliyi və ABŞ-ın diplomat və siyasətçilərini əvəz edə bilmərik. UEFA qərarını təşkilat rəhbərliyi və prezidentlə məsləhətləşdikdən sonra verəcək",-deyə UEFA-nın vitse-prezidenti Mişel Uva bildirib.

Qeyd edək ki, Avropa klublarında çıxış edən futbolçular artıq təzyiqlə üzləşiblər. "Milan", "Yuventus" və "Şalke"də çıxış edən türk futbolçuların klublardan kənarlaşdırılması gündəmə gətirilib.
BAKU.WS
VİDEO