SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan və Bəhreyn milliləri üçüncü dəfə üz-üzə gəlib. 

BAKU.WS-in məlumatına görə, qarşılıqlı hücumlar şəraitində keçən oyunun birinci hissəsində hesabı meydan sahibləri açıblar. Görüşün 31-ci dəqiqəsində Abdulvahab A.Rahman fərqlənib.

On dəqiqə sonra millimizin üzvü Rüfət Dadaşov hesabı bərabərləşdirib.

Oyunun ilk hissəsi 1:1 hesabı ilə başa çatıb.

Qarşılaşmanın 61-ci dəqiqəsində isə Azərbaycan millisi hesabda irəli çıxıb. Bu dəfə Təmkin Xəlilzadə fərqlənib.

Beş dəqiqə sonra Ahmed Mubarak hesabı bərabərləşdirib. Matçın 70-ci dəqiqəsində Ramil Şeydayev komandamızın üçüncü topunu rəqib qapısından keçirib - 3:2.

Qarşılaşma bu hesabla da başa çatıb.

İlk dəfə 2008-ci il oktyabrın 15-də Manamada keçirilən matçda Azərbaycan yığması 2:1, 2012-ci il avqustun 15-də Bakıda oynanılan qarşılaşmada isə 3:0 hesabı ilə qalib gəlib.
BAKU.WS