VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Avropa çempionatının seçmə oyunları çərçivəsində oktyabrın 13-də Budapeştin “Groupama Aréná” stadionunda Macarıstan və Azərbaycan yığmaları arasında matç boş tribunalarla müşayiət olunacaq. 

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə məlumat Macarıstan Milli Futbol Federasiyasının mətbuat konfransında açıqlanıb. Bildirilib ki, həmin qərar UEFA-nın intizam komissiyası tərəfindən qəbul edilib.

UEFA bu yolla ölkə yığmasını Slovakiya yığması ilə matç zamanı macar fanatların irqçi hərəkətlərinə görə cəzalandırıb.
BAKU.WS