SİZİN REKLAM BURADA!
055 213 76 73


Futbol üzrə Qvatemala çempionatında kütləvi dava olub.

BAKU.WS xəbər verir ki, “Munisipal” - “Şelaxu” matçında futbolçular bir-birilərinə hücum ediblər.

Texniki zonadakı futbolçular və məşqçilərin də davaya qoşulmasından sonra stadionda vəziyyət gərginləşib. Bir neçə futbolçu yerə yıxılıb, ayaqlar altında qalıb. Dava edən tərəfləri çətinliklə ayırmaq mümkün olub.

Hakim davaya görə “Munisipal” komandasından 2 futbolçuya”, “Şelaxu” komandasından isə 4 futbolçuya qırmızı vərəqə göstərib. Bundan başqa hər iki komandanın baş məşqçiləri də qırmızı vərəqə ilə texniki zonadan uzaqlaşdırılıb.

Oyun “Munisipal”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
BAKU.WS
VİDEO