SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan karateçisi Rafael Ağayev Rusiyanın paytaxtı Moskvada keçirilən “Karate 1” Premyer Liqa turnirində finala yüksəlib.

BAKU.WS xəbər verir ki, 75 kq çəkidə çıxış edən 34 yaşlı idmançı ardıcıllıqla Yassin Sekuri (Mərakeş), Rodriqo İbanez (İspaniya), Matus Lieskovski (Slovakiya) və Bəhmən Əsgərini (İran) məğlub edib. O, oktyabrın 6-da baş tutacaq finalda Yermek Aynəzərovla qarşılaşacaq.

Qadınların mübarizəsində isə 50 kq çəkidə çıxış edən 50 kq Nuranə Əliyeva bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. O, Endo Çinatsu (Yaponiya), Lusia Kovaçikovanı məğlub etdikdən sonra Sara Hubriç uduzub.

Təsəlliverici görüşlərdə Çeili Qonsales (Qvatemala) və Pisard May-Lidən (Fransa) güclü olan yığma üzvü bazar günü bürünc medal uğrunda görüşdə Miho Miyahara ilə üz-üzə gələcək.
BAKU.WS