055 213 76 73
BAKU.WS xəbər verir ki, mövsümə çempionluq iddiası ilə başlayan “Fənərbağça” ardıcıl xallar itirməyə davam edir.
Ötən turda “Qalatasaray”la bərabərə qalan “Fənərbağça”, bu turda öz meydanında “Antalyaspor”a 0:1 hesabı ilə məğlub olub.
Bu, “Fənərbağça”nın son 5 oyununda 2-ci məğlubiyyətidir. İstanbul təmsilçisi ilk 2 turda 6 xal qazansa da, sonrakı 5 turda cəmi 5 xal toplayıb.
“Sarı-lacivərdlilər” hazırda 11 xalla 2-ci pillədədir.
"Fənərbağça" – "Antalyaspor" - 0:1
Qol: U.Akyol, 6
BAKU.WS
VİDEO