VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" rəqibini 4:1 hesabı ilə məğlub edərək qrupda II pilləyə yüksəlib. Qrup lideri isə Kiprin APOEL klubunu 1:0 hesabı ilə məğlub edərək 6 xal yığan İspaniyanın "Sevilya" klubudur. 

"Qarabağ" Dani Kinta ilə rəqibin qapısından 4-cü qolu keçirir. 

***00:07

"Qarabağ" Riçard Almeydanın penaltidən vurduğu qolla hesabı 3:0-a çatdırıb. 

***23.58

10 dəqiqə fasilədən sonra matç yenidən davam edir.

35 dəqiqədən sonra "Qarabağ" rəqibini Zubir və Miçelin vurduğu qollarla 2:0 hesabı ilə məğlub edir. 

***23:51

Lüksemburqda Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən "Dudelanj" - "Qarabağ" matçında erməni təxribatı yaşanıb.

BAKU.WS-in məlumatına görə, qarşılaşmanın keçirildiyi stadiona dronla qondarma Dağlıq Qarabağ rejiminin bayrağı endirilib.

"Qarabağ" klubunun futbolçuları məsələyə sərt şəkildə etiraz ediblər.

Oyunun baş hakimi qarşılaşmanı dayandırıb. Qeyd edək ki, həmin anadək "Qarabağ" 2:0 hesabı ilə rəqibini məğlub edirdi.
BAKU.WS
VİDEO