Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə qalibi Həbib Nurmaqomedov isveçli hücumçu Zlatan İbrahimoviçin "Matrix challenge" müraciətinə cavab verib. 

BAKU.WS
xəbər verir ki, Nurmaqomedov Twitter hesabında İbrahimoviçin hərəkətini "boş şey" adlandırıb. 

Qeyd edək ki, "Los-Anceles Qalaksi" klubunun üzvü "Matrix challenge" müraciətinə Nurmaqomedovdan başqa, "Mançester Yunayted"in üzvü Pol Poqba, tennisçi Novak Djokoviç və menecer Mino Royalını işarələyib. 

Digərləri də isveçli futbolçunun müraciətinə müsbət cavab verməyib. 


BAKU.WS


VİDEO