VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FİFA ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.

BAKU.WS xəbər verir ki, Milanda keçirilən tədbirdə mükafat “Barselona”nın ulduzu Lionel Messi layiq görülüb.

Bununla da Messi mütləq rekordçu olub. Belə ki, argentinalı hücumçu artıq 6-cı dəfədir (2009, 2010, 2011, 2012, 2015, 2019) “İlin ən yaxşısı” seçilir.

Digər namizədlər isə Kriştiano Ronaldo (“Yuventus”) və Vircil van Deyk (“Liverpul”) olub.


Digər nominasiyalar üzrə qaliblər isə aşağıdakı kimidir:

İlin ən yaxşı məşqçisi - Yurgen Klopp (“Liverpul”)
İlin ən yaxşı qapışısı - Alisson Bekker (“Liverpul”)
Ən yaxşı qadın futbolçu - Meqan Rapinoe (ABŞ, “Reyg”)


İlin rəmzi komandası:
Qapıçı: Alisson Bekker;
Müdafiəçilər: Mateys de Liqt, Serxio Ramos, Vircil van Deyk, Marselo
Yarımmüdafiəçilər: Luka Modriç, Frenki de Yonq, Eden Azar
Hücumçular: Lionel Messi, Kriştiano Ronaldo, Killian Mbappe.
BAKU.WS