VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Türkiyə kubokunda 1/8 final mərhələsinin oyunları baş tutub.
 
BAKU.WS-in məlumatına görə, "Qalatasaray" klubu doğma meydançada "Qaziantepspor"u qonaq edib. Oyuna yaxşı başlayan İstanbul təmsilçisi 20-ci dəqiqədə Olcan Adının qolu ilə hesabı açıb.
 
Matçda ikinci qol 25-ci dəqiqəyə təsadüf edib. Sinan Gümüş komandasını önə keçirən möhtəşəm qola imza atıb. Matçda növbəti qol ikinci hissədə qeydə alınıb. 57-ci dəqiqədə topuqla topu qapıdan keçirən Burak Yılmaz hesabı 3:0 çatdırıb. "Qalatasaray"ın üç qoluna qonaq komanda 74-cü dəqiqədə Habibou ilə cavab verə bilib. 
 
"Qalatasaray" 3:1 hesablı nəticə ilə növbəti mərhələyə adlayıb. 
 
BAKU.WS