055 213 76 73
Bu barədə BAKU.WS-ə açıqlamasında "Qarabağ" futbol klubunun mətbuat katibi Nurlan İbrahimov deyib.
Onun sözlərinə görə, hazırda satışda 1000-ə yaxın bilet qalıb: "30 mindən artıq bilet satılıb, satılmamış 800-1000 bilet qalıb. Həmin biletlər də yaxın vaxtlarda yəqin ki satılacaq. Bilet satışı davam edir".
Xatırladaq ki, sentyabrın 19-da UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində "Qarabağ" Bakıda Tofiq Bəhərmov adına stadionda "Sevilya" komandasını qəbul edəcək. Oyun Bakı vaxtı ilə 20:55-də başlayacaq. Oyunu ukraynalı hakimlər idarə edəcək.
BAKU.WS