VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sabah meydanda güclü kollektiv görəcəyik. Sona qədər mübarizə aparacağıq". 

BAKU.WS "report"a istinadən xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sevilya" ilə qarşılaşacaqları Avropa Liqasının qrup mərhələsinin I tur matçından öncə mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis bildirib ki, rəqibin ad-sanına baxmayaraq, Ağdam təmsilçisi öz futbolunu oynamağa çalışacaq. O, "Sevilya"nın Çempionlar Liqasında oynamağa layiq olduğunu söyləyib: "Sabah meydanda güclü kollektiv görəcəyik. Sona qədər mübarizə aparacağıq. Öz meydanımızda oynayırıq. Düşünürəm ki, yaxşı nəticə əldə edə bilərik. Rəqibə qarşı layiqli mübarizə aparmağa çalışacağıq".

Qurbanov zədəli Mahir Emrelinin durumu barədə də danışıb: "Onun vəziyyəti yaxşı deyil. Oyunu buraxacaq. Miçeldən "Sevilya" ilə bağlı məlumat almamışam. Buna ehtiyac da yoxdur. Rəqibi kifayət qədər yaxşı tanıyırıq.

Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionda keçiriləcək qarşılaşma saat 20:55-də başlayacaq.
BAKU.WS