SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Avropa Liqasında 2019/2020 mövsümünün qrup mərhələsinə start veriləcək.

BAKU.WS xəbər verir ki, Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi “Qarabağ” Bakıda İspaniyanın “Sevilya” klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionundan keçiriləcək oyun 19 sentyabr saat 19:55-də başlayacaq.

Məlumat üçün bildirək ki, “Qarabağ” ardıcıl 6-cı mövsümdür avrokuboklarda qrup mərhələsində çıxış edir. Bunlardan 5-i Avropa Liqası, 1-i isə Çempionlar Liqasındadır (2017/2018).

Bu vaxta qədər UEFA bayrağı altındakı turnirlərdə 119 oyun keçirən Ağdam təmsilçisi 44 qələbə qazanıb, 45 dəfə məğlub olub. 30 oyun isə bərabərliklə başa çatıb.

Avropa Liqasının qrup mərhələsində isə 30 oyun keçirən təmsilçimiz, bu oyunların 5-də qalib gəlib, 14 oyunda uduzub, 5 oyunda da bərabərə oynayıb. Bu oyunlarda rəqib qapılarına 16 qol vurub, öz qapısında isə 38 qol görüb. Təəssüf ki, heç bir mövsümdə qrupdan çıxa bilməyib.

“Qarabağ”ın Avroliqanın qrup mərhələsində PAOK, “Vorskla”, “Anderlext”, “Dnepr” kimi qələbələri, həmçinin Çempionlar Liqasında “Roma” və “Atletiko Madrid” kimi nəhəng komandalardan xal qazanmağı unudulmayan oyunlar arasına daxil olub.

Bundan başqa, qrup mərhələsi yolunda - təsnifat mərhələlərində də “Qarabağ”ın bir sıra unudulmaz zəfərləri də yaddaşlardan silinməyib.
Aşağıda həmin oyunları xatırlatmaq üçün qısa icmalları təqdim edəcəyik.

“Qarabağ” avrokuboklardakı nəticələri:

18 sentyabr 2019-cu il tarixinə olan məlumat

SıraTurnirOQHMQollar
1Çempionlar Liqası4217151045-33
2Avropa Liqası7026152974-91
3Kuboklar Kuboku40131-12
4İntertoto Kuboku41032-11
-Cəmi119443045122-147

“Qarabağ” - PAOK - 2:0
UEFA Avropa Liqası 2016/17 mövsümü, qrup mərhəlsəsi - 20 oktyabr 2016-cı il



“Atletiko Madrid” - “Qarabağ” - 1:1
UEFA Çempionlar Liqası 2017/18 mövsümü, qrup mərhələsi - 31 oktyabr 2017-ci il



“Qarabağ” - “Kopenhagen” - 1:0
UEFA Çempionlar Liqası 2017/18 mövsümü, pley-off mərhələsi - 15 avqust 2017-ci il



PAOK - “Qarabağ” - 0:1
UEFA Avropa Liqası 2016/17 mövsümü, qrup mərhəlsəsi - 3 noyabr 2016-cı il



“Qarabağ” - “Qöteborq” - 3:0
UEFA Avropa Liqası 2016/17 mövsümü, pley-off mərhələsi - 25 avqust 2016-cı il



“Qarabağ” - “Anderlext” - 1:0
UEFA Avropa Liqası 2015/16 mövsümü, qrup mərhəlsəsi - 1 oktyabr 2015-ci il



“Vorskla” - “Qarabağ” - 0:1
UEFA Avropa Liqası 2018/19 mövsümü, qrup mərhəlsəsi - 8 noyabr 2018-ci il



“Qarabağ” - “Monako” - 1:1
UEFA Avropa Liqası 2015/16 mövsümü, qrup mərhələsi - 5 noyabr 2015-ci il



“Dnepr” - “Qarabağ” - 0:1
UEFA Avropa Liqası 2014/15 mövsümü, qrup mərhəlsəsi - 23 oktyabr 2014-cü il



“Qarabağ” - “Zalsburq” - 2:1
UEFA Çempionlar Liqası 2014/15 mövsümü, 3-cü təsnifat mərhələsi - 30 iyul 2014-cü il



“Tvente” - “Qarabağ” - 1:1
UEFA Avropa Liqası 2014/15 mövsümü, pley-off mərhələsi - 28 avqust 2014-cü il



“Qarabağ” - “Brügge” - 1:0
UEFA Avropa Liqası 2011/12 mövsümü, 3-cü təsnifat mərhələsi – 4 avqust 2011-ci il



“Qarabağ” - “Rusenborq” - 1:0
UEFA Avropa Liqası 2009/10 mövsümü, 2-ci təsnifat mərhələsi – 24 iyul 2009-cu il

BAKU.WS