SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə yığmasının şərəfini qoruyan azərbaycanlı atlet Ramil Quliyev Antaliyada keçirilən "Gloria Cup" turnirinin qalibi olub.
 
BAKU.WS
xəbər verir ki, R.Quliyev 200 metr məsafəyə qaçışda bütün rəqiblərini geridə qoyub.

Atlet bu məsafəni 20,08 saniyəyə qət edib. Ötən il onun nəticəsi 20,55 saniyə olub. 
  
Turnirdə Azərbaycanı təmsil edən Nazim Babayev isə üç təkanla tullanmada ikinci olub.

Qeyd edək ki, "Gloria Cup" turnirində 21 ölkədən 70 idmançı iştirak edib.
BAKU.WS