VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AFFA dünən millimizin Xorvatiya ilə oyunda əldə etdiyi nəticəyə görə, komanda üzvlərinin hamısına pul mükafatı verəcək.

BAKU.WS xəbər verir ki, ilk "11-lik"də meydana çıxan hər bir futbolçu 30 min manat mükafat alacaq.

Oyuna sonradan daxil olanlar və ehtiyatda qalanlar isə 30 mindən az mükafat alacaqlar. Belə ki, 1 xala görə yarım milyondan çox pul paylanacaq.

Futbolçulara deyilib ki, mükafatlar bu günlərdə bank hesablarına köçürüləcək.

Qrup sonuncusu olan Azərbaycan yığması seçmə mərhələdə keçirdiyi ilk 4 oyunda müvafiq olaraq Xorvatiya, Macarıstan, Slovakiya və Uelsə uduzub, ilk xalını isə 5-ci turda - dünən xorvatlarla ikinci qarşılaşmada qazanıb.(Sportinfo.az)
BAKU.WS