Azərbaycan yığmasının dünən Xorvatiya ilə qarşılaşmasından xəbər hazırlayan "eurosport.ru" saytı bu dəfə Təmkin Xəlilzadəni tərifləyib.

BAKU.WS xəbər verir ki, sayta "Xəlilzadənin möhtəşəm qolu gözlənilmədən Xorvatiyadan xal aldı" başlıqlı xəbər yerləşdirilib. 

Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində "Bakcell Arena"da keçirilən Azərbaycan-Xorvatiya oyununda qalib müəyyənləşməyib.

Matçın 11-ci dəqiqəsində yığmamızın qapısına təyin olunmuş 11 metrlik cərimə zərbəsini Luka Modriç dəqiq yerinə yetirib. Oyunun 72-ci dəqiqəsində millimizin üzvü Təmkin Xəlilzadə baxımlı qola imza ataraq hesaba tarazlıq gətirib.
BAKU.WS


VİDEO