VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Fransa və Albaniya yığmaları qarşılaşıb.

BAKU.WS xəbər verir ki, qarşılaşmadan öncə Albaniya millisinin himni səhv çalınıb. Əvvəlcə Andoranın, daha sonra isə Monteneqro himni səsləndirilib. 

Şok keçirən futbolçular və texniki heyət himnin düzgün çalınmasını tələb edib.

Bu azmış kimi stadiondakı diktor Albaniya yerinə Ermənistandan üzr istəyib.

Sonda səhvini düzəldən fransızlar Albaniyanın dövlət himnini stadionda səsləndirib.

Ancaq bu böyük səhv dünya gündəmini zəbt edib. Nüfuzlu nəşrlər bu olayı "Fransada böyük qalmaqal" başlığı ilə oxucularına çatdırıb. 
BAKU.WS
VİDEO