SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, Azərbaycan İntellektual Klublar Assosiasiyasının təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə XVII dünya çempionatının açılış mərasimi keçirilib.  

Azərbaycanın 11 komanda ilə qatıldığı oyunda ümumilikdə 29 ölkədən 75 komanda iştirak edir.

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bildirib ki, Azərbaycan hər zaman beynəlxalq, intellektual hərəkatın mərkəzlərindən biri olub və ölkəmizdə bu hərəkat geniş vüsət alıb. Onun sözlərinə görə, budəfəki yarışda əvvəlkilərdən fərqli olaraq, daha çox komanda qatılıb.

Vergilər naziri, "Nə? Harada? Nə zaman" yarışlarının keçmiş iştirakçısı Mikayıl Cabbarov qeyd edib ki, hər dövrün öz qaydaları, intellektualları və qalibləri olur: "Bu illər ərzində oyun dəyişib, oyun dəyişib deyəndə yalnız oyunçuları demirəm, həm də sualların spesifikasını, bəzi hallarda məntiqini nəzərdə tuturam2.

Qeyd edək ki, 2002, 2003 və 2004-cü illərdə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə ilk dünya çempionatı Bakıda keçirilib. Sayca XVII olan budəfəki çempionatın Azərbaycanda keçirilmə qərarı 20 oktyabr 2018-ci ildə Azərbaycan İntellektual Klublar Assambleyasının müraciəti əsasında "Nə? Harada? Nə zaman?" Beynəlxalq Klublar Assosiasiyası tərəfindən qəbul edilib.

Çempionat 8 oktyabrda başa çatacaq.
BAKU.WS