SİZİN REKLAM BURADA!
055 213 76 73


AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Uels yığmasının qonağı olacaq Azərbaycan millisi Kardiffdə dəstəksiz qalmayacaq.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, komandanı həm Böyük Britaniyada yaşayan, həm də Avropanın digər yerlərindən, eləcə də Azərbaycandan gələn ümumilikdə 100-ə yaxın azarkeş dəstəkləyəcək.

Qeyd edək ki, sentyabrın 6-da Uels və Azərbaycan yığmaları arasında Kardiff şəhər stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Oyun "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.
BAKU.WS