SİZİN REKLAM BURADA!
055 213 76 73


UFC versiyası üzrə rusiyalı dünya çempionu Həbib Nurmaqamedovun növbəti döyüşdən əldə edəcəyi qazanc məlum olub.

BAKU.WS xəbər verir ki, rusiyalı MMA döyüşçüsü amerikalı Dastin Porye ilə qarşılaşmadan 6 milyon dollardan çox gəlir əldə edəcək. 

Məlumatı idmançının atası Abdulmanap Nurmaqamedov təsdiqləyib. 

Qeyd edək ki, H.Nurmaqamedov Konor Makqreqorla döyüşdən 2 milyon dollar əldə etmişdi.

Xatırladaq ki, Həbib Nurmaqamedovla amerikalı Dastin Poryenin görüşü sentyabrın 7-də Əbu-Dabidə baş tutacaq. 
BAKU.WS