SİZİN REKLAM BURADA!
055 213 76 73


UEFA Gənclər Liqasının Çempionlar Yolunun ilk mərhələsinin püşkü atılıb.

BAKU.WS xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə Azərbaycan təmsilçisi “Qəbələ”nin U-19 komandasının da rəqibi müəyyənləşib.

“Qəbələ”nin gənclər komandası 1-ci mərhələdə Kiprin APOEL klubu ilə qarşılaşacaq. İlk oyun Azərbaycanda baş tutacaq.

Qeyd edək ki, “Qəbələ U-19” komandası ötən mövsüm AFFA-nın təşkil etdiyi Gənclər Liqasının qalibi olduğu üçün Gənclər Liqasına vəsiqə qazanıb.

Xatırladaq ki, APOEL-in əsas komandası Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la eyni qrupda yer alıb.
BAKU.WS