SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qalatasaray" klubunun transfer etdiyi ulduz futbolçu Falkaonun ailəsi haqqında maraqlı məlumatlar ortaya çıxıb. 

BAKU.WS xəbər verir ki, futbolçunun həyat yoldaşı Lorelei Taron 17 iyun 1988-ci ildə anadan olub. Argentinalı müğənni 2007-ci ildə Radamel Falkao ilə ailə həyatı qurub. Bu nikahdan 3 qız uşağı dünyaya gəlib. Cütlük 13 illik yubileylərini 13 dekabrda qeyd edəcək.

Üçüncü övladı dünyaya gəldikdən sonra musiqi karyerasına ara verən Lorelei Taron ölkəsində çox məşhurdur. Taron üç uşağı olmasına baxmayaraq ideal bədən quruluşunu saxlaya bilib. 

Fransız və Kolumbiya mediasında nümunəvi bir ana kimi göstərilən Taron açıqlamalarında daha bir uşaq istədiyini söyləyib.

Falcao üç qız atası olandan sonra həyatında bəzi dəyişikliklər etmək qərarına gəldi. Fransada keçirdiyi müddətdə çox sayda uğur qazanan təcrübəli hücumçu bundan sonra "Qalatasaray" formasını geyəcək.
BAKU.WS
QALEREYA