VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Qalatasaray" klubu uzun müddətdir heyətinə qatmaq istədiyi futbolçunu İstanbula gətirə bilib. 

BAKU.WS xəbər verir ki, Kolumbiya yığmasının ulduzu, "Monako" klubunun futbolçusu Radamel Falkao ötən gün İstanbulda azarkeşlərin qarşısına çıxıb. 

33 yaşlı hücumçunu hava limanında qarşılamağa təxminən 25 min insan gəlib. Futbolçu və ailəsi gördüyü mənzərə qarşısında heyrətlənib. Futbolçu azarkeşləri əl hərəkətləri ilə coşdurub və uzun müddət özü də əylənib.

Qeyd edək ki, Falkao sabah Türkiyə vaxtı ilə 19:05-də klubun stadionunda rəsmi müqaviləni imzalayacaq. 

"Monako" forvardı buraxmaq istəməsə də danışıqlardan sonra bu keçidə razılıq verib və futbolçunu "Cim-Bom"a göndərib.

3 illik müqavilə imzalanacağı və futbolçuya illik 5 milyon avro (+ bonuslar) veriləcəyi bildirilir.
BAKU.WS
VİDEO

QALEREYA