SİZİN REKLAM BURADA!
055 213 76 73


Avqustun 31-də futbol üzrə İtaliya A Seriyasının ikinci turuna start verilib.

BAKU.WS xəbər verir ki, son çempion “Yuventus” ötən il A Seriyanı ikinci pillədə başa vuran “Napoli”ni qəbul edib. “Allianz” stadionunda baş tutan görüşdə 7 qol vurulub. Görüş meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Turin təmsilçisinin heyətində Danilo, Kriştiano Ronaldo, Kalidou Kulibali (avtoqol) və Qonsalo Hiquain, neapolluların heyətində isə Kostas Manolas, Hirvinq Lozano və Jovani Di Lorenzo fərqləniblər.

Günün digər oyunda “Milan” “Breşiya” komandasını minimal hesabla məğlub edib (1:0).

Qeyd edək ki, turun digər oyunu sentyabrın 1-2-də keçiriləcək. (Azertag.az)
BAKU.WS
VİDEO